Rüstəm Orucov

Rüstəm Orucov 1991-ci ilin 4 oktyabr tarixində Rusiya Federasiyasının İrkutsk vilayətinin Ust-İlimsk şəhərində Azərbaycan ailəsində anadan olub. Əslən Ağdam rayonundandı. Rüstəm Orucov hələ 7 yaşından cüdonun sirrlərinə yiyələnməyə başladı. O, 16 yaşına gədər İrkutsk vilayətində yaşadı və burada yeniyetmələr arasında bir-sıra yarışlarda mübarizə apardı. Daha sonra Rüstəm Orucov ailəsi ilə birgə doğma vətəninə, Azərbaycana köçdü və burada "Atilla" klubunda məşq etməyə başladı.

Rüstəm Orucov 2014-cü ilin 28 sentyabr tarixində Elnarə Orucova ilə ailə həyatı qurdu. 2016-cı ilin 9 sentyabr günündə isə Orucovların Safiya adında qız övladı dünyaya gəldi.

Rüstəm Orucov beynəlxalq səviyyədə birinci yarışına 2007-ci ilin sentyabr ayında, Belarusun Brest şəhərində baş tutan gənclərin I Avrasiya Oyunları çərçivəsində qatıldı. Həmin yarışların finalında Orucov Qazaxıstan cüdoçusu Almat Muxmadiyev üzərində qələbə qazanaraq yarışların qızıl medalını qazandı.