Ağdam rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ağdam rayon kitabxanasının əsası 1907-ci ildə görkəmlı yazıçımız Ə.Haqverdiyev tərəfindən şəxsi adamlardan toplanmış kitablar hesabına təşkil edilmişdir. 1920-ci ilə qədər kitabxana qapalı fəaliyyət göstərmiş, 20-ci ildən sonra kitabxana- qiraətxana xalqın xidmətinə verilmişdir.30-cu illərdən sonra kitabxana rayon mərkəzi kitabxanası kimi fəaliyyətini davam etdirmişdir. 1979-cu ilin dekabr ayında rayon ərazisində yerləşən kitabxanalar mərkəzləşdirilərək Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərdiyi həmin dövr ərzində rayon zəhmətkeşlərinin mütaliə mədəniyyətinin formalaşdırılmasında, elmi dünyagörüşünün artırılmasında , dövlətin qarşıya qoyduğu qərar və göstərişlərin, elmi- texniki nailiyyətlərin təbliğ edilməsində, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsində mühüm rol oynamışdır. MKS-i fəaliyyət göstərdiyi illər ərzində oxuculara xidmətin operativ və daha dolğun ödənilməsi ,oxucu maraqlarının öyrənılməsi, gənclərın hərbi – vətənpərvərlik tərbiyəsi, əlamətdar və tarixi günlərin təbliğ edilməsi  kütləvi kitabxanaların mərkəzi şəkildə komplektləşdirilməsi, kitabxanalara vahid və planlı şəkildə rəhbərliyin həyata keçirilməsi təmin edilmişdir.