Ağdam şəhər Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbi

Ağdam Xan Şuşinski adına uşaq muğam musiqi məktəbi 1985-ci ildə fəaliyyətə başlamışdır.

   1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra muğam məktəbi Biləcəri qəsəbəsində yerləşən Q.Abbasov adına 284 saylı orta məktəbin nəzdində fəaliyyət göstərir.

 

  Məktəbin direktoru: Xətayə Zülfüqar qızı Cəfərova

Xətayə Zülfüqar qızı Cəfərova 02.04.1984-cü il tarixində Ağdam şəhərinin Bağbanlar kəndində andan olmuşdur. 2002-ci ildə A.Zeynallı adına musiqi texnikumunu, 2006-cı ildə Azərbaycan Milli Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir. 1999/2006-c illərdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsertmeyster və II dərəcəli dirijor vəzifəsində çalışmış, 2006-cı ildən Xan Şuşinski adına Ağdam uşaq muğam musiqi məktəbində, 2010-cu ildən 2015-ci ilə qədər Ağdam rayon Cabbar Qaryağdı oğlu adına uşaq musiqi məktəbində kamança müəllimi işləmişdir. 13.11.2015-ci ildən Ağdam rayon Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbində direktor vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

 

Fortepiano şöbəsinin müdiri: Könül Əsgər qızı Kərimova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Günel Arzu qızı İbrahimli

Xanəndəlik söbəsinin müdiri: Anar Vahid oğlu Məmmədov

 


Ixtisaslar

Fortepiano

Nağara

Xanəndəlik

Tar

Kamança

Qanun

Qarmon

Ağdam şəhəri

 Ünvan:

AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X. Məlikaslanov küçəsi 10 (284 saylı orta məktəbin binası)

 E-mail:

mugam.agdam@mail.ru