Ağdam tarix-diyarşünaslıq muzeyi

Ağdam rayonunda ilk muzey 1962-ci ildə yaradılıb. O vaxt iki otaqdan ibarət muzeydə rayon tarixinə aid edilən 500-dək eksponat toplanılmışdı.  Sonradan muzeyin yerləşdiyi bina yararsız vəziyyətə düşdüyündən 1983-cü ildə onun bir hissəsi “İmarət”ə, əsas hissəsi isə keşmiş Lenin prospektində yerləşən mərkəzi kitabxananın bir otağına köçürülür. Eksponatlar isə “İmarət”də nümayiş etdirilirdi.

Xatırladaq ki, işğaldan əvvəl muzeydə 2500-dən artıq eksponat sərgilənirdi. Sərgilənən eksponatlar sırasında daha çox misdən düzəldilmiş əşyalar, o cümlədən, sərniclər, teştlər, müxtəlif ölçülü qazanlar üstünlük təşkil edirdi. Ağdam şəhərinin Ermənistan  Silahlı Qüvvələri tərəfindən işğal edilməsi   nəticəsində muzeydən hər hansı eksponat çıxarmaq mümkün olmamışdır.  

1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında davam etdirir. Yenidən toplanılmış, bərpa edilmiş tarixi maddi-mədəniyyət nişanələrinin hesabına hazırda muzeydə 2600-dək eksponat sərgilənir.

03.02.2015